24 Sentyabr 2021 09:48
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən azı 3 nəfərin olduğu Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) məxsus “Ka-27” tipli vertolyotun Kamçatka yarımadasında təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.

Teleqraf.com xəbər verir ki, Ostraya dağı üzərində uçan vertolyotla əlaqənin kəsildiyi bildirilib.

Vertolyotda ən az 3 nəfər olub, FSB mənbələri isə helikopterin qəzaya uğradığını açıqlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus qüvvələr helikopteri tapmaq üçün əraziyə göndərilib.

1970-ci illərdə Sovet İttifaqı tərəfindən hazırlanmış “Ka-27” tipli vertolyotlar dəniz hədəflərinin aşkarlanması üçün istifadə edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər