24 Sentyabr 2021 10:54
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Ali Məhkəməsi tərəfindən haqqında axtarış və həbs qərarı verilmiş Avropa Parlamentinin (AP) deputatı və Kataloniya muxtar hökumətinin sabiq başçısı Karles Puigdemont İtaliyanın Sardinaya adasında həbs olunub.

Teleqraf.com xəbər verir ki, Sardiniya adasına müstəqillik tərəfdarı olan siyasi partiyanın, bəzi bələdiyyə sədrləri və üzvləri ilə toplantı keçirməyə gedən Puigdemonti İtaliya hüquq-mühafizə oranları saxlayıb.

Qeyd edək ki, AP deputatı olan Puigdemont İspaniya məhkəməsindən qaçaraq Belçikada yaşayırdı. Onun deputat toxunulmazlığı mart ayında götürülmüşdü.

Karles Puigdemontun liderliyində 2017-ci il sentyabrın 1-də Kataloniyada müstəqillik referendumu keçirilmiş və 28 sentyabrda Kataloniya parlamentində müstəqillik elan olunmuşdu. Bunun ardınca Madrid separatizmə qarşı adekvat tədbirləri görmüş, Puigdemont ölkədən qaçmalı olmuşdu.

Separatçı siyasətçi 2019-cu il seçkilərində Avropa Parlamentinə deputat seçilib.


Müəllif: Cavad