Rusiya hökuməti Suriya mövzusunda İsrail və ABŞ-la üçlü formatda görüş keçirmək niyyətindədir.
Teleqraf.com bu barədə Walla.News-ə istinadən bildirir.
Məlumata görə, Rusiya İsraildən ABŞ-ı Suriya mövzusunda yüksək səviyyəli üçlü görüşə razı salmasını istəyib.
Adı açıqlanmayan İsrailin iki rəsmisinə istinadən verilən xəbərdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sentyabrın 9-da Moskvada qarşıladığı israilli həmkarı Yair Lapid ilə görüşü zamanı mövzunu gündəmə gətirdiyi qeyd olunub.
İsrail rəsmiləri Suriya mövzusunda ABŞ, Rusiya və İsrail arasında keçiriləcək üçlük formatında görüşü dəstəkləyirlər.
Məqalədə İsrailin əsas məqsədinin İranı Suriyadan çıxarmaq olduğu bildirilir.