Bu ayın sonuna qədər Rusiya Ukraynanın şərqinə daha bir humanitar yardım karvanı göndərəcək.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov açıqlama verib. Onun sözlərinə görə, karvanın gedəcəyi dəqiq tarix Qızıl Xaç təşkilatı və Ukrayna tərəfinə müraciətdən sonra dəqiqləşdiriləcək.
Qeyd edək ki, Rusiya daha əvvəl də separatçıların nəzarətindəki Donetsk və Luqansk bölgələrinə 4 dəfə humanitar yardım göndərib.
Samir