24 Sentyabr 2021 22:11
2 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili oktyabrda keçiriləcək seçkilərə qədər vətəninə qayıtmaq vədinə əməl edəcəyini bildirib və tərəfdarlarını hakimiyyəti dəyişmək üçün daha fəal olmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində məlumat verib.

“Əlbəttə ki, dediklərimi edəcəyəm, amma gürcü xalqı fəal olmasa, Mişanın heç bir iş görə bilməyəcəyini söyləmək olar. Bütün bunların öz məntiqi var. Bu səbəbdən hərəkətə keçmək üçün bir neçə günümüz qalıb”, - Saakaşvili bildirib.

Onun sözlərinə görə, gürcü xalqının vəzifəsi ölkədəki siyasi vəziyyətin dərhal dəyişməsi olmalıdır. Saakaşvili əminliyini bildirib ki, Gürcüstanda hakimiyyət dəyişikliyi növbədənkənar parlament seçkiləri yolu ilə baş tutacaq və bu, onun sözlərinə görə, hakim Gürcü Arzusu partiyasının bələdiyyə seçkilərində məğlubiyyətindən sonra təyin edilməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu