25 Sentyabr 2021 11:24
8 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” qrupu Maliyə daxil olsa, bunun Rusiya üçün ciddi nəticələri olacaq.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Fransa Xarici işlər naziri Jan-İv Lyö Drian deyib.

Fransız nazir Lavrova “Vaqner” qrupunun bu ölkənin işlərinə müdaxiləsinin yolverilməz olduğu xəbərdarlığını edib.

“Röyter” agentliyi Mali hökumətinin Rusiya muzdluları ilə müqavilə bağlaması haqda məlumat yayıb. Məlumata görə, “Vaqner” burada yerli hərbçilərə təlim keçəcək və yüksək rütbəli şəxslərin təhlükəsizliyini təmin edəcək. Agentliyin diplomatik mənbələrinə görə, Maliyə minə qədər rusiyalı hərbçinin göndərilməsi planlaşdırılır.

Buna cavab olaraq, Fransa tərəfi “Vaqner” döyüşçülərinin orada işləməyə başlaması durumunda Parisin Malidən ordusunu geri çəkəcəyini açıqlayıb. Fransa müdafiə naziri Florens Perli Malidə muzdluların olmasının son dərəcə həyəcanverici olacağını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər