25 Sentyabr 2021 23:50
5 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Dövlət Şurası ölkədə İslam və müsəlmanlara qarşı ayrı-seçkiliklə mübarizə aparan əsas təşkilatlardan birini - İslamofobiyaya Qarşı Mübarizə Kollektivinin (CCIF) bağlanılmasını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə CCIF məlumat yayıb.

Şuranın qərarının qınanıldığı açıqlamada bu addımın Fransada təzyiq və özbaşınalığın legitimləşdirilməsi yolunda dönüş nöqtəsi olacağı vurğulanıb.

Açıqlamada qərarın düşüncə cinayətlərinə yol açacağından narahatlıq dilə gətirilib.

Fransada fəaliyyət göstərən Ərəb və Müsəlman Dünyasını Araşdırmalar Mərkəzinin (IREMAM) direktoru Fransua Burqat Dövlət Şurasının qərarını “ürək bulandıran gün” adlandırıb: “Fransanın yaxın tarixinə və ali məhkəmə orqanlarının tərcümeyi-halına qeyd ediləcək ürək bulandıran gün...”.

CCIF bağlanma qərarından apellyasiya şikayəti vermək üçün yanvarın 31-də Dövlət Şurasına müraciət etmişdi.

Daxili işlər naziri Cerald Darmanin ötən il CCIF-in Prezident Emmanuel Makronun əmri və Nazirlər Şurasının qərarı ilə bağlandığını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu