Gürcüstanda ötən sutkada koronavirusa 1 132 yeni yoluxma halı təsdiqlənib, 2 956 nəfər müalicə olunaraq sağalıb, 30 pasiyent vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 606 492 nəfərdə aşkarlanıb.
Onların 576 498-i sağalıb, 8 817-si ölüb.