Parlament seçkilərində Almaniya Sosial Demokrat Partiyası (SPD) 25,7% səs toplayaraq qalib gəlib.
Teleqraf.com xəbər verir ki, “Almaniya Xristian-Demokratik İttifaqı/Xristian-Sosial İttifaqı” (XDİ/XSİ) bloku ikinci yerdə qərarlaşıb - 24,1 faiz.
Onun ardınca “Yaşıllar” (14,8 faiz), Azad Demokratik Partiyası (AzDP, 11,5 faiz), Almaniya üçün Alternativ (AfD, 10.3 faiz) və “Solçular” (4,9 faiz) gəlir.