27 Sentyabr 2021 10:08
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən 60.4 milyon seçicinin iştirak etdiyi və Kansler Angela Merkelin namizəd olmadığı Almaniyada keçirilən parlament seçkiləri başa çatıb.

Teleqraf.com xəbər verir ki, ilkin açıqlamalarda Sosial Demokrat Partiyasının (SPD) 25.5 faiz səslə birinci yerdə olduğu bildirilib.

Beləliklə, SPD 2017-ci il seçkilərinə nisbətən səslərini 5 faiz artırıb.

Xristian Birliyi (CDU/CSU) 24.5 faiz səslə ikinci yerdədir.

Yaşıllar Partiyası isə 4 il əvvəlki seçkilərlə müqayisədə səs nisbətini 4.9 faiz artıraraq 13.8 faizə çatdırıb. Beləliklə, Yaşıllar Partiyası seçkilərdə indiyə qədər ən yüksək səs toplayıb.

CDU/CSU partiyalarının kanslerliyə vahid namizədi Armin Laşet CDU/CSU-nun liderliyi altında koalisiya qurmaq üçün əlindən gələni edəcəyini bildirib.

SPD baş nazirliyinə namizəd Olaf Skolz seçkilərin nəticələrindən məmnun olduğunu və alman xalqının onu kansler görmək istədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər