27 Sentyabr 13:39
3 095

Rusiya Dövlət Dumasına daxil olan partiyaların liderləri ilə keçirilən onlayn görüşdə Prezident Vladimir Putin və Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski arasında maraqlı dialoq olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Teleqram kanalında jurnalist Dmitri Smirnov məlumat verib.

Smirnov Putinin parlamentdəki “Ədalətli Rusiya” fraksiyasının rəhbəri Sergey Mirionovla Jirinovski arasında gedən gərgin dialoqa reaksiya verdiyini bildirib.

Parlamentarilər son seçkilərlə bağlı keçirilən görüşdə bir-birinə söz atıblar. Jirinovski rəqiblərinə deyəcək bir sözünün olmadığını deyib.

Mironov ona cavab olaraq bildirib: “Sonuncu gülən yaxşı gülür”.

Jirinovski Mirionovu cavabsız qoymayıb, ona belə cavab verib: “Həbsdən əvvəl sonuncu sonuncu kameraya gedir”.

Dialoqa reaksiya verən Putin gülümsəyərək Jirinovskiyə deyib: “Vladimir Volfoviç, birtəhər, tünd zarafatlar edirsən, baxmayaraq ki, bu gün prinsipcə çox yaxşı gündür”.


Müəllif: Mənsur Rəğbətoğlu