ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamasına reaksiya verib.
Teleqraf.com xatırladır ki, bir neçə gün öncə Prezident Ərdoğan Türkiyənin Rusiyadan növbəti partiya S-400 kompleksləri alması haqda suala cavabında deyib ki, bu komplekslər alınacaq.
Ərdoğan həmçinin qeyd edib ki, təhlükəsizliklə bağlı kimdən nə silah alınacağına dair qərarı özümüz veririk.
ABŞ Prezidenti Bayden isə Türkiyənin Rusiyadan S-400 kompleksi alması haqda suala bir cümlə ilə cavab verib.
“Bu mövzuları çoxdan keçdik”, - Bayden bildirib.