28 Sentyabr 2021 14:18
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban İŞİD terror təşkilatının Əfqanıstan qolu olan “Xorasan” qruplaşmasının lideri Əbu Ömər Xorasanini 8 köməkçisi ilə birlikdə saxlandığı həbsxanada güllələndiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Taliban Xorasaninin Puli Çərxi həbsxanasında avqustun 17-də paytaxt Kabili ələ keçirdikdən iki gün sonra vurulduğunu bildirib.

Xorasani 2017-ci ilin aprelində ABŞ xüsusi təyinatlı qüvvələrinin əməliyyatında öldürülən Şeyx Əbdülhasib Loqarini əvəz edərək təşkilata rəhbərlik edirdi. İŞİD-in Əfqanıstan qolunun qurucu liderlərindən bir olan Xorasaninin əsl adı Mövla Ziyaülhəqq olub. Qardaşı da daxil olmaqla bir neçə qohumu keçmiş Əfqanıstan hökumətlərində mühüm vəzifələr tutub.

“The Wall Street Journal” ilk dəfə Xorasaninin avqustun 26-da öldürüldüyünü iddia etmişdi.

Xorasani 2020-ci ilin may ayında Kabil yaxınlığında saxlanılıb. Məhkəmə Xorasanini 800 il həbs cəzasına məhkum etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər