28 Sentyabr 2021 18:02
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 26-da Əfqanıstanla sərhəddə özbək əsgərinin öldürüldüyünü elan edib.

Teleqraf.com-un məlumatına görə, Özbəkistan prezidenti deyib ki, ölümə səbəb sərhədi qanunsuz keçməyə çalışanlara qarşı özbək hərbçinin qəhrəman davranışı olub.

Belə ki, narkotik alverçiləri sərhədi qanunsuz keçməyə cəhd edib. Əsgər postda nəzarət xidməti vəzifəsini həyata keçirib, buna imkan verməməyə çalışıb.

Prezident Mirziyoyev Namanqan şəhər sakinləri ilə görüşü zamanı qəhrəman əsgərin bu şəhərdə doğulduğunu qeyd edib. Əlavə edib ki, Özbəkistan ordusu sərhədləri silahla müdafiə edəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər