Pentaqona bağlı Müdafiə İnkişaf Araşdırma Layihələri Agentliyi (DARPA) Hipersonik raketi uğurla test etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, raket səsdən 5 qat daha sürətlidir.
DARPA ABŞ Hava Qüvvələri ilə birlikdə testlərini etdiyi Hipersonik raketin oksigen baxımından zəngin atmosferdə yaxşı işlədiyini və səsin sürətindən 5 qat daha sürətlə hədəfə çatdığını açıqlayıb.
Açıqlamada raketin xüsusilə sürət və manevr qabiliyyətinin yaxşı olması onun zamanında təspit edilməsini çətinləşdirir. Hipersonik raket təyyarəyə yerləşdirilən Hipersonik Hava Nəfəs Alma Silah konsepsiyası vasitəsilə təyyarənin qanadı altından buraxılıb.
Pentaqon 2013-cü ildən etibarən bu tip silah sinifinin ilk testi olduğunu bildirib.