İŞİD terorçu qruplaşması öz valyutasını dövriyyəyə buraxmağı planlaşdırır.
Teleqraf.com-un məlumatına görə, terrorçuların döviyyəyə buraxacağı pul dinar adlandırılacaq.
İŞİD ərəb xilafəti dövründə olduğu kimi pulları qızıldan və gümüşdən kəsəcək.
Yeni dinarlar yaxın vaxtlarda İŞİD-in Suriyada və İraqda nəzarət etdiyi ərazilərində dövriyyəyə buraxılacaq.
Terrorçular nümunə kimi 630-cu ildə xəlifə Osmanın dövründə buraxılan pulları götürüb. O, vaxt dinar 4,3 qram həcmində qızıl pul olub. 3 qr olan gümüş pul isə dirhəm adlanıb.
İŞİD-in pul buraxma planları neft satışından əldə olunacaq gəlirlərə əsaslanır. Neftin barrelini 25-30 dollara satan İŞİD neft satışından günə 2 milyon dollar qazanır.