29 Sentyabr 2021 00:31
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lion şəhərində keçirilən bir sərgidə iştirak edən Fransa Prezidentinə yumurta atan şəxs xəstəxanaya aparılıb.

Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan 19 yaşlı gəncə “dövlətin rəsmi şəxsinə hücum” ittihamı irəli sürüldüyü və tibbi müayinədən keçdikdən sonra ruhi xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hadisə ilə əlaqədar araşdırma aparan prokurorlar müayinədən keçən gəncin “xəstəxanaya yerləşdirilmə ehtiyacı” aşkar edildikdən sonra psixiatrik müalicəyə göndərildiyini açıqlayıblar.

İyun ayında Drom bölgəsinə səfəri zamanı bir şəxs Makrona şillə vurmuş, hadisədən sonra iki nəfər saxlanılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər