29 Sentyabr 2021 01:34
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban ABŞ-ı pilotsuz uçan aparatların bu gün Əfqanıstanın hava məkanına qanunsuz daxil olmaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, müvafiq bəyanat hərəkatın nümayəndəsi Zabihullah Mücahidin tvitter səhifəsində dərc edilib.

Məlumatda deyilir ki, ABŞ pilotsuz təyyarələrini hava sahəmizə göndərməklə "Əfqanıstan İslam Əmirliyi"nin suverenliyini və beynəlxalq hüquq normalarını pozub:

"Belə halların qarşısı alınmalıdır. Biz ABŞ-ı Taliban və Vaşinqton arasında imzalanan Doha razılaşmalarına riayət etməyə çağırırıq. Əks təqdirdə, bunun fəsadı ola bilər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər