12 Noyabr 2014 07:38
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın paytaxtında milliyyətçi hərəkatların təşkil etdiyi “Müstəqillik marşı” zamanı asayiş pozucuları və polis arasında toqquşmalar olub.

Teleqraf.com-un “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, iğtişaşlar zamanı 12 polis əməkdaşı xəsarət alıb. Aksiya iştirakçılarından da xəsarət alanların olduğu bildirilir.

Məlumata görə, yürüşdə on minlərlə şəxs iştirak edib (Polisin məlumatına görə 30 min, aksiya təşkilatçılarının məlumatına əsasən – 100 min nəfər).

Üzü bağlı gənclər polis əməkdaşlarına daş, fişəng, yandırıcı maye doldurulmuş şüşə qabları atıb. Asayiş keşikçiləri su şırnağı, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməli olub.

215 asayiş pozucusu saxlanılıb. Saxlanılan şəxslərin sayının artacağı istisna olunmur.


Müəllif:

Oxşar xəbərlər