29 Sentyabr 2021 16:57
2 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Tayyib Ərdoğanla görüşündə bu il Türkiyəni Rusiyadan 2,5 milyon turistin ziyarət etdiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, V.Putin deyib:

“2019-cu ildə Türkiyəni 6,8 milyon rusiyalı turist ziyarət edib. 2020-ci ildə isə cəmi 1,5 milyon. İndi vəziyyət tədricən yaxşılaşır, bu ilin 9 ayı ərzində 2,5 milyon rus turist gedib”.

V.Putin pandemiyanın dünyada turizm sektoruna çox böyük ziyan vurduğunu qeyd edib.

V.Putin Rusiya ilə Türkiyə arasında əlaqələrin müsbət inkişaf etdiyini, ölkələr arasında ticarətin 9 aydan az bir müddətdə keçən ilə nisbətən 50%-dən çox artdığını söyləyib.

“Keçən il ticarət dövriyyəmizdə 20 faizdən çox geriləmə var idi. Bu ilin 9 ayında isə 55 faizdən çox artım var. Yəni, biz pandemiya zamanı itirdiyimiz hər şeyi nəinki kompensasiya etdik, həm də onu 30 faizdən çox artırdıq”, - deyə Putin bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər