12 Noyabr 2014 08:58
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nigeriyaya silah satışını qadağan etməsi bu Afrika ölkəsinin ciddi narazılığına səbəb olub. Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, Nigeriyanın ABŞ-dakı səfiri Adebowale Ibidapo Adefuye ölkəsinin bununla bağlı rəsmi etirazını çatdırıb.

Səfir Adefuye Vaşinqtonda Xarici Əlaqələr Şurasında etdiyi çıxışında terrorçularla mübarizədə qalib gəlməkdən ötrü ölkəsinin müasir silahlara ehtiyacı olduğunu vurğulayıb. Kifayət qədər silahları olacaqları təqdirdə Boko Haramı bitirəcəklərini bildirən səfir ABŞ-ın Nigeriyaya silah satmamasını qınayıb.

O, Nigeriya hökuməti və xalqının köməyə ehtiyac duyduğu bir zamanda ABŞ tərəfindən yalnız buraxıldığını söyləyib. Adefuye Boko Haramın hər keçən gün böyüdüyü və daha təhlükəli hala gəldiyi bir dövrdə ABŞ-ın Nigeriyaya silah satmağı rədd etməsini anlaşılmaz olduğunu bildirib.

Nail Cəlil


Müəllif: