29 Sentyabr 2021 21:42
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin "Baykar Savunma" şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb.

Teleqraf.com xəbər verir ki, mərkəz Vasilki yaxınlığında inşa ediləcək.

Sözügedən mərkəz Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatlarına xidmət göstərməklə yanaşı, işçilərə təlim keçmək üçün nəzərdə tutulub.

Sənədi Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə müdafiə naziri Andriy Taran, Türkiyə tərəfdən isə "Baykar Savunma"nın baş direktoru Haluk Bayraktar imzalayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər