1 Oktyabr 2021 15:55
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Batumidə olması və Tbilisiyə getməyə hazırlaşması ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, D.Peskov deyib:

“Saakaşvili harda varsa, orada sirk var. Vacib olan odur ki, bu sirk bu cənabın olduğu heç bir ölkənin vətəndaşları üçün təhlükə yaratmasın”.

O əlavə edib ki, Kreml hələlik Gürcüstanda vəziyyətin destabilizasiyası üçün heç bir risk görmür.

Daha əvvəl Saakaşvili oktyabrın 2-3 -də Tbilisiyə səfər edəcəyinin anonsunu vermişdi. O, kütlə içərisində olduğu zaman onu saxlaya bilməmələri üçün tərəfdarlarını toplaşmağa və böyük kolonlarla şəhərdə yürüş etməyə çağırmışdı.


Müəllif: Səxavət