12 Noyabr 2014 10:57
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Əbubəkr Əl-Bağdadinin ölümündən sonra yeni lider təyin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “Telegraph” qəzeti məlumat yayıb. Qəzetin yaydığı xəbərə görə, İŞİD-in yeni lideri Səddam Camal olub. Qəzet bu məlumatın İŞİD-in Abu Abdullah adlı döyüşçüsünün verdiyini bildirir.

Abdullah Camalın əvvəllər narkotik alverçisi olduğunu, sonra isə Azad Suriya Ordusuna qoşulduğunu qeyd edib: “İŞİD Camalın evini havaya uçurdub, qardaşlarından birini öldürüb, digərini əsir alıb, Camal isə qaça bilib. 2013-cü ilin noyabrında İŞİD-ə sadiqlik andını içib. Şaitat adlı tayfa İŞİD-ə qarşı çıxdığında 700 nəfəri öldürüb. Ana ilə atanın gözü qarşısında uşaqlarının başını kəsib”.

Samir


Müəllif:

Oxşar xəbərlər