1 Oktyabr 2021 16:04
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Saakaşvilini görməmişəm, amma yaxın saatlarda onunla görüşəcəyəm. Batumidə olduğunu dəqiq bilirəm”.

Teleqraf.com xəbər verir ki, bunu “Gürcüstana Xidmət Et” Partiyasının sədri Murman Dumbadze "TV.Privel"ə müsahibəsində deyib.

O əlavə edib ki, Saakaşvilinin Batumidə olduğunu dəqiq bilir:

“Bu sülh üçündür, gürcü xalqı üçündür, Gürcüstanın oliqarx bataqlığından birdəfəlik çıxması üçündür. Saakaşvili ilə 2017-ci ildən əlaqələrim var və sabah saat 20:05-də səslərimizi qorumaq üçün hamımız Batumi, Kobuleti, Xulodan, Acarıstanın hər yerinə gedəcəyik”.

Partiya sədri bəyan edib ki, Mixael Saakaşvilinin Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, orduda, sadə vətəndaşlar içərisində çoxlu tərəfdarları var: “Onu gözləyən çoxlu pərəstişkarı var və sabah saat 20:05 -də rəsmən göstərəcəyik. Saakaşvili hazırda Batumidədir, sözünə əməl etdi”.


Müəllif: Nemət