1 Oktyabr 2021 19:01
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Hakim Gürcü Arzusu partiyasının icra katibi Mamuka Mdinaradze keçmiş prezident Mixail Saakaşvilinin Batumidə olmadığını deyib.

Teleqraf.com xəbər verir ki, o, Saakaşvilinin hazırda Ukraynanın paytaxtında – Kiyevdə olduğunu bildirib.

“Bu barədə ciddi danışmaq mümkün deyil. Həqiqətən inanırdınız ki, Gürcüstandadır? Bu şəxsin Ukraynadan çıxmadığına dair konkret məlumatımız var. Gürcüstanda olduğu iddiasını ortaya ataraq, hər kəsdə bu illüziyanı yaratmaq üçün orada gizlənir. Yaydığı videolar saxtadır”, - Mdinaradze söyləyib.

Gürcü Arzusu partiyasının sədri İrakli Kobaxidze də, Mixail Saakaşvilinin Gürcüstanda olmadığını açıqlayıb.

Eks-prezident bu gün səhər saatlarında Gürcüstana gəldiyini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu