2 Oktyabr 2021 00:51
2 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin 2019-cu ildə G20 sammiti çərçivəsində görüşdüyü keçmiş amerikalı həmkarı Donald Trampın fikrini yayındırmaq üçün həvəskar rəqqasə, tərcüməçisi Dariya Boyarskayanı da özü ilə ora apardığı iddia olunub.

Teleqraf.com xəbər verir ki, Ağ Evin sözçüsü Stefaniya Qrişam çap olunacaq yeni kitabında uzun ayaqlı əsmər qadının Donald Trampla görüşü zamanı Putinin “diqqətini yayındırma tapşırığı”nı yerinə yetirdiyini bildirib.

Onun iddiasına görə, 36 yaşlı Dariya Boyarskaya Yaponiyanın Osaka şəhərində dünya liderlərinin görüşünə qatılmaq üçün təyin edilmişdi, amma Putin onu dil biliklərinə görə işə götürməmişdi.

Həvəskar rəqqasə olan Boyarskaya liderlərin görüşündə açıq saçları və mavi libasda görüntülənib. “Nyu-York Tayms” qəzetinin yazdığına görə, ABŞ hökumətinin Rusiya üzrə mütəxəssisi Fiona Hill iki işi olan rus gözəlinin oradakı iştirakını şübhəli hesab edib.

“Görüş başlayanda Fiona Hill əyilərək asta səslə məndən soruşdu ki, Putinin tərcüməçisini - uzun saçları, gözəl siması və gözəl bədəni olan çox cazibədar bu əsmər qadını gördünmü?”, - Qrişam yazıb.

Ağ Evin keçmiş sözçüsü əlavə edib: “Mənə qadının Putin tərəfindən xüsusi olaraq prezidentimizin diqqətini yayındırmaq üçün seçildiyindən şübhələndiyini dedi”.


Müəllif: Mənsur Rəğbətoğlu