1 Oktyabr 2021 22:08
2 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin bu gün lentə aldığı videomüraciəti yayılıb.

Teleqraf.com xəbər verir ki, Gürcüstanın eks-prezidenti Tiflisdə olduğunu və həbs edilə biləcəyini deyib.

O, bütün seçiciləri heç nədən qorxmamağa və sabahkı seçkilərdə iştirak etməyə çağırıb: "Gəldim ki, sizlərə yardım edim, başqa seçimimiz yox idi. Heç nədən qorxmuram və sizi də qorxmamağa çağırıram".

Qeyd edək ki, Saakaşvili Tiflisdə polis tərəfindən saxlanılıb.


Müəllif: Teleqraf.com