1 Oktyabr 2021 22:44
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin saxlanılma səbəbi ilə bağlı rəsmi informasiya alınması üçün bu ölkənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat xidmətinin rəhbəri Oleq Nikolenko söyləyib.

“KİV-dən Ukrayna vətəndaşı Saakaşvilinin saxlanılması ilə bağlı məlumat aldıq. Gürcüstan səfiri saxlanılmanın əsasları və şərtləri ilə bağlı rəsmi məlumat almaq üçün Xarici İşlər Nazirliyinə dəvət olunub”, - deyə Nikolenko Tvitterdə qeyd edib.


Müəllif: Teleqraf.com