Gürcüstanın eks-örezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniya Kiyevdən Tiflisə gəlib.
Teleqraf.com xəbər verir ki, Qiuli Alasaniya hava limanında jurnalistlərə açıqlamasınsa oğlunun həbsinin onun üçün gözlənilməz olduğunu söyləyib.
"Oğlumla sonuncu dəfə bir neçə gün əvvəl danışdım və o, Ukraynada idi. Onun planları barədə məlumatsız idim".
Qeyd edək ki, sabiq prezident Mixail Saakaşvili dünən Gürcüstanda həbs edilib.