2 Oktyabr 2021 19:15
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında 12 yaşdan yuxarı uşaqların COVID-19 virusuna qarşı peyvənd olunması qərarı verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kaliforniya Qubernatoru açıqlama yayıb.

Qubernator Qeyvin Nyusom qərarın 2022 -ci ilin yanvar ayından icra olunacağını bildirib.

Qeyd edək ki, ABŞ-da 16 yaşdan yuxarı uşaqlara Pfizer vaksini vurulur. Yeni qərardan sonra sözügedən vaksin 12-15 yaş arası uşaqlara da tətbiq olunacaq.

Ölkədəki 5-11 yaşlı uşaqların COVID-19-a qarşı peyvənd olunması isə gələn ay müzakirəyə çıxacaq.


Müəllif: Aysel Azad