2 Oktyabr 2021 13:41
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) və Türk Silahlı Qüvvələrinin (TSK) birgə əməliyyatı ilə ağır silahları Türkiyəyə daxil etməklə ad çıxaran PKK-nın Kərkük və Qəndil üzrə “səlahiyyətli şəxs” Mehmet hatip Arıtürk öldürülüb.

Teleqraf.com xatırladır ki, bundan əvvəl PKK-nın sözdə mərkəzi komitə üzvü Engin Qaraslan Suriyanın Qamışlı bölgəsində məhv edilmişdi.

MİT və TSK-nın budəfəki əməliyyatının hədəfində Mehmet Hatip Arıtürk olub.

Məlumata görə, “Dəlil Siirt” kod adlı Mehmet Hatip Arıtürk hərəkətləri kəşfiyyat tərəfindən yaxından müşahidə altına alınıb. Onun PKK-nın əsas qərargahı olan Qəndil bölgəsində hərəkəti gündəlik görüşləri daxil olmaqla fəaliyyəti yaxından izlənilib.

Türk kəşfiyyatının topladığı informasiyaların nəticəsi olaraq terrorçunun Qəndildə olduğu məkan dronla məhv edilib. Həm hava kəşfiyyatı, həm də yerli agentlərdən əldə olunan məlumatlardan aydın olub ki, Arıtürk məhv edilib.

Qeyd edək ki, Arıtürk 2015-ci ildə PKK/KCK-nın Afrin bölfəsində mülki insanlara yönəlik çoxsaylı terror hücumlarını planlayıb. Daha sonra PKK-nın Kərkük nümayəndəsi vəzifəsinə gətirilib.

Kəşfiyyat məlumatlarına görə, PKK terror təşkilatının digər ölkələrdən əldə etdiyi raket və digər ağır tonnajlı silahları terror hücumlarında istifadə etmək məqsədilə Türkiyəyə keçirilməsini məhz Arıtürk həyata keçirirmiş. PKK-nın son zamanlar ciddi zərbələr almasından sonra Arıtürk Kərkük və Qəndil üzrə “nümayəndə” təyin olunmuşdu.


Müəllif: Nemət