2 Oktyabr 2021 15:46
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvan çinə aid 25 qırıcı təyyarənin onun hava sahəsini pozduğunu açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, Tayvan Müdafiə Nazirliyi bəyan edib ki, Çin Hərbi Hava Qüvvələrinə aid olan 25 qırıcı və bombardmançı təyyarə hava sahəsini pozublar.

Açıqlamada Tayvanın Çinə aid qırıcıları izləməsi üçün havaya təyyarə qaldırdığı və raket sistemlərini hazır vəziyyətə gətirdiyi ifadə edilib.

Qeyd edilir ki, Çin 15 iyulda, 5, 19,16 və 23 sentyabr tarixlərində də Tayvan hava sərhədini pozub.


Müəllif: Nemət