3 Oktyabr 2021 09:53
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatlarına əsasən, mer seçkilərinin ikinci turu ən azı 20 şəhərində keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu nəticələrə görə, ikinci turlar ölkənin ən böyük beş şəhərində - Tbilisi, Rustavi, Batumi, Zuqdidi və Kutaisi təşkil olunacaq. Bütün hallarda mübarizə hakim Gürcü Arzusunun namizədləri ilə ölkənin ən böyük müxalifət partiyası Vahid Milli Hərəkat arasında davam edəcək.

Qeyd edilir ki, Gürcüstan MSK-nın açıqladığı ilkin nəticələrə əsasən, namizədlərin heç biri birinci turda qələbə üçün yetərli səs toplaya bilməyib. Seçki qanunvericiliyinə əsasən, birinci turda mer postuna seçilmək üçün namizədlərin hər hansı biri səslərin 50 faizindən çoxunu toplamalıdır.

Müəllif: Teleqraf.com