3 Oktyabr 2021 18:07
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Milan şəhərində təyyarə qəzası nəticəsində ölənlərin sayı 8-ə çatıb.

Teleqraf.com xəbər verir ki, ekipaj iki pilot və altı sərnişindən ibarət olub.

Ölənlər arasında Fransa vətəndaşının da olduğu qeyd edilir.

Daha əvvəl 6 nəfərin öldüyü bildirilmişdi.

***

İtaliyanın Milan şəhərinin cənub-şərqində kiçik təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Təyyarə "San Donato" metrostansiyasının yaxınlığında təmir edilmiş park binasına çırpılıb.

Binanın qarşısında dayanan bir neçə maşın yanıb.

Qəzetin yazdığına görə, pilotu və beş sərnişini olan təyyarə Milan Linate hava limanından havaya qalxaraq Sardiniyaya doğru yola düşüb.

Hadisə nəticəsində bütün ekipaj üzvləri həlak olub.


Müəllif: Teleqraf.com