4 Oktyabr 2021 11:21
3 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislər son günlərdə qripə yoluxma hallarının artacağı ilə bağlı xəbərdarlıq edirlər.

Teleqraf.com xəbər verir ki, pandemiya səbəbilə tətbiq olunan qaydalar 2020-ci ildə qripə yoluxma hallarının azalmasına səbəb olmuşdu.

Ekspertlərin fikrincə, yumşaldılma tədbirlərindən sonra risk qrupubna daxil olan şəxslərdə qripə yoluxma halları artacaq və xəstəlik ağır əlamətlərlə özünü göstərəcək.

Pnevmoniya, tənəffüs çatışmazlığı, nevroloji və ürək komplikasiyaları artaraq ölümə səbəb ola bilər.

5 yaşından kiçik uşaqlar, xüsusilə 6 aydan 2 yaşa qədər olanlar, hamilələr və 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəliyi olanlar risk qrupuna daxildir.


Müəllif: Aysel Azad