4 Oktyabr 2021 12:30
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ordusuna aid qırıcılar növbəti dəfə Tayvan hava sahəsini kobud formada pozub.

Teleqraf.com xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi oktyabrın 1-də 38, oktyabrın 2-də 39, oktyabrın 3-də isə 16 qırıcının hava sərhədini pozduğunu elan edib.

Çin tərəfindən Tayvan hava sahəsinin pozulmasına ABŞ sərt reaksiya versə də, Çin mediası Çin Xalq Respublikasının ildönümü ilə əlaqədar Milli Günün qeyd edilməsi çərçivəsində qırıcıların addımlarını Pekinin Tayvan adası üzərində süverenlik iddiasının qərarlığına diqqət çəkirlər.

Qeyd edilir ki, cümə və cümə ertəsi gündüz və gecə saatlarında baş verən bu hadisə əslində 2020-ci ilin sentyabrından bu yana təspit olunan ən çox sayda hava sərhədinin pozulması faktıdır.

“Çin hər zaman regional barışı təhlükəyə atacaq qəddar və barbar tədbirlər həyata keçirir”,- Tayvan hökumət başçısı Su Tsenq bəyan edib.

ABŞ Dövlət Departamenti də Çinin Tayvan hava sahəsini sistemli şəkildə pozmasını riskli addım kimi qiymətləndirib.


Müəllif: Nemət