5 Oktyabr 2021 13:28
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Çin və Tayvan arasında gərginlik öz dövrünün pik nöqtəsini yaşayır. Çin dörd gün ərzində Tayvan hava sahəsini qırıcılarının kollektiv hərəkəti ilə dəfələrlə pozub. Və bunun ardınca Çin dövlət mediası “müharibə xəbərdarlığı” şərhləri verməyə başlayıb.

Teleqraf.com analitiklərin də qeyd etdiyi dünya müharibəsinin çıxa biləcəyi Hind-Sakit okean regionunda yaşanan gərginliyin detallarını təqdim edir:

Çin son 4 gündə Tayvan hava sahəsini onlarla qırıcısı ilə pozub. Bu, demək olar ki, son dövrlər hər gün baş verir.

Çin Xalq Respublikasının quruluşunun ildönümü münasibətilə 3 gün qeyd edilən “Milli Gün” və bununla paralel dövlət mediasında ortaya çıxan şərhlərdə Tayvan hava sahəsinin pozulması milli qürur kimi təqdim olunur.

“Qlobal Times” qəzeti bildirir ki, Çin qırıcılarının hava məkanında görünməsi Tayvanda hökumətdəki Demokratik İnkişaf Partiyasının (DPP) müstəqillik ideyasına və onu dəstəkləyən xarici güclərə verilən açıq mesajdır.

Qəzet oktyabrın 3-də yaydığı məqaləsində qırıcıların Tayvan hava sahəsindəki uçuşlarını “Milli Gün”ə yaraşan hərbi keçid mərasimi kimi qiymətləndirib.

Uçuşların daha əvvəl “Milli Gün” mərasimləri zamanı Tiaanmen meydanında baş tutan əsgəri parada bənzədən “Qlobal Times” bildirir ki, bu addımlar Çinin ada üzərindəki süverenliyini açıq və şübhəyə yer buraxmadığının bəyanıdır.

Məqalədə Çinin bölgədəki süverenlik haqlarını qorumaqda qərarlı olduğu, hava qüvvələrinin gücünü və əməliyyat qabiliyyətini ortaya qoyduğu vurğulanır.

Qəzetin oktyabrın 4-də yaydığı məqalədə isə bu uçuşların Tayvanda separatçılara müharibə xəbərdarlığı olduğu bildirilir.

“Tayvan boğazındakı durumun hər an sürətli cəbhələşmə halına gələ biləcəyi qeyd olunan yazı da deyilir ki, Çinin hərbi mübarizəyə hazırlığı üçün pərdə açılıb.

Məlumat üçün qeyd edək ki, Çin Xalq Respublikasının ildönümünün qeyd edildiyi 1 oktyabrdan bu yana 149 Çin qırıcısı Tayvan hava sahəsini pozub.

Tayvan Müdafiə Nazirliyi oktyabrın 1-də 38, 2-də 39, 3-də, 16 və 4-də 56 qırıcının hava sahəsinə daxil olduğunu elan edib.


Müəllif: Nemət