12 Noyabr 2014 16:05
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın müstəqillik günü ilə bağlı yürüş keçirən nümayişçilərlə polis arasında toqquşma nəticəsində 50 adam xəsarət alıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, polis hadisə nəticəsində 300 nəfəri saxlayıb. Yürüşü dağıtmaq üçün su şırnağından istifadə olunub. Yayılan xəbərlərə görə, toqquşmaların başlanmasına səbəb bir qrup etirazçı kütlənin polisə daş ilə hücum etməsi olub.

Qeyd edək ki, bu kimi yürüşlər vaxtı zorakılıq hallarının baş verməsi 4 ildir davam edir. Ötən ilki nümayiş vaxtı bir qrup Varşavadakı Rusiya səfirliyinə hücum cəhdi edib.

Samir


Müəllif:

Oxşar xəbərlər