9 Oktyabr 2021 00:26
2 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın həbsdə 8 gündür aclıq aksiyası keçirən eks-prezidenti Mixail Saakaşvili bu gün qida məhsulları qəbul etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, Saakaşvilinin aclıq aksiyasını dayandırdığı barədə məlumatı Gürcüstanın Xüsusi Penitensiar Xidmətinin rəisi Nika Tsxvaraşvili təsdiqləyib.

Onun sözlərinə görə, sabiq prezident bal və təbii şirələr qəbul edib.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb.


Müəllif: Teleqraf.com