9 Oktyabr 2021 13:52
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna parlamentinin (Ali Rada) 34 yaşlı deputatı Anton Polyakov vəfat edib.

Teleqraf.com xəbər verir ki, Polyakov oktyabrın 8-də gecə saatlarında Kiyevdə yol hərəkəti qaydalarını pozduğuna görə polis tərəfindən saxlanılan taksidə huşunu itirmiş vəziyyətdə tapılıb.

Məlumata görə, siyasətçi avtomobildə özünü pis hiss edib, bundan sonra qıcolmalar başlayıb. Təcili yardımın olay yerinə gəlməsinə baxmayaraq, deputatın həyatını xilas etmək mümkün olmayıb.

Polyakovun ölümü faktı ilə bağlı cinayət işi açılıb.

İstintaqın ilkin nəticəsinə görə, Polyakovun ölüm səbəbi kəskin koronar çatışmazlıq və iskemik ürək xəstəliyidir. Bu barədə Baş Prokurorluğun məlumatında da bildirilib. Amma Polyakovun boynunda zolaq şəklində sıyrıqların olduğu da üzə çıxıb. Eyni zamanda, mətbuatda yayılan məlumatlara görə, istintaq Polyakovun ölümünün iki versiyasını da nəzərdən keçirir: ya özü bir şeydən zəhərlənib, ya da qəsdən zəhərləndirilib.

Hadisənin şahidi olan taksi sürücüsü Strana.ua saytına Polyakovu yolun yaxınlığında götürdüyünü söyləyib. Sürücüyə görə, Polyakov sərxoş olub.

Anton Polyakov Ukrayna hökuməti tərəfindən qondarma erməni soyqırımını tanıma layihəsinin müəllifi idi.


Müəllif: Mənsur Rəğbətoğlu