10 Oktyabr 2021 11:39
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan COVID-19 infeksiyası əleyhinə vaksin hazırlayan "BioNTech" şirkətinin qurucuları türk professorlar Uğur Şahin və həyat yoldaşı Özləm Türəcini mükafatlandıracağını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, Yunanıstan Prezidenti Katerina Sakellaropulunun da qatılacağı mərasimdə türk alimlərə "İmperatriça Theophano" mükafatı təqdim ediləcək.

Yunan mediasının yazdığına görə, türkiyəli professorlar mükafata təkcə Avropaya deyil, insanlığa da ümid verən bir kəşfə səbəb olan yüksək keyfiyyətli araşdırma və təcrübələrinə görə layiq görülüblər.


Müəllif: Teleqraf.com