10 Oktyabr 2021 22:54
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı mübarizədə ABŞ-a ehtiyac yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu hakimiyyətdə olan radikal Taliban hərəkatının informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Zabihulla Mücahid bildirib.

“Əfqanıstanın müxtəlif bölgələrində İŞİD-i məhv etmək üçün əməliyyatlar davam edir. İŞİD yaraqlılarının bir çoxu məğlub edilib, sığınacaq üçün vacib yerlər tapılıb və biz onları axtarırıq", - “Taliban” rəsmisi bildirib.


Müəllif: Teleqraf.com