11 Oktyabr 2021 20:29
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı Bəşər Əsəd rejimi 10 ildən sonra ərəb ölkələri ilə diplomatik əlaqələri yenidən bərpa etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

“Qərb ölkələri 10 ildən artıq avam edən vətəndaş müharibəsində Bəşər Əsəd rejiminə qarşı məsafə saxladıqları halda, ABŞ-ın müttəfiqləri olan ərəb ölkələri Dəməşqlə iqtisadi və diplomatik əlaqələri inkişaf etdirmək üçün yavaş olsa hərəkətə keçiblər”, - məqalədə qeyd edilib.

Mənbə bildirib ki, Qərb ölkələri Suriyada 10 ildən çoxdur davam edən vətəndaş müharibəsindən Bəşər Əsədi məsul görür:

“Qərbdən fərqli olaraq, ərəb ölkələri indi Əsədin öz hakimiyyətini qoruyacağına və bu istiqamətdə addımlar atacağına inanır. ABŞ-ın Əfqanıstandan məğlub olaraq çıxması, ərəb ölkələrində Amerikaya qarşı inamsızlıq yaradıb, indi onlarda öz yollarını özləri seçməli olduqlarına olan inamları artıb. Vaşinqtonun getdikcə geri çəkilmə siyasətinə güc verməsi, Çinin bölgəyə artan diqqəti ərəb liderlərini öz gələcəkləri haqda düşünməyə vadar edir”.


Müəllif: Mənsur Rəğbətoğlu