13 Oktyabr 2021 09:53
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti PKK/YPG terror təşkilatının Türkiyəyə hücumlarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə açıqlama verən qurumun sözçüsü Ned Prays iki türk polisini qətlə yetirilməsini qınadıqlarını bildirib.

O, Suriyada şəhid olan iki türk polisinin ailələrinə başsağlığı verib.

YPG/PKK-nın adını çəkməyən Prays qeyd edib: “NATO-dakı müttəfiqimiz Türkiyəyə sərhədlərinin xaricindən edilən hücumları qınayırıq. Suriyada ölən iki türk polisinin ailələrinə başsağlığı veririk”.

Onun sözlərinə görə, bölgədəki bütün tərəflərin atəşkəsə riayət etməsi Suriyada sabitliyi gücləndirilməsi və siyasi həll üçün vacibdir:

“Türkiyə bizim NATO-dakı önəmli müttəfiqimizdir və terrorizmlə mübarizədən Suriyadakı münaqişənin sona çatmasına qədər bir çox sahədə ortaq maraqlarımız var. Suriya siyasəti ilə bağlı Ankara ilə sıx məsləhətləşməyə davam edəcəyik”.

Ned Prays Ankaranın Vaşinqtondan “F-16” qırıcıları alacağı ilə bağlı suala cavabında bildirib ki, Konqres bununla əlaqədar açıqlama verənədək heç bir şərh verilməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu