13 Oktyabr 2021 11:38
3 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Menbiç, Kobani, Surrin, Raqqa və Hasekedə işğal altında olan insanların hamısı türk ordusunun gəlişini gözləyirlər. Onları gül-çiçəklə qarşılayacaqlar”.

Teleqraf.com xəbər verir ki, bunu suriyalı keçmiş polis generalı Əbdürəzzaq Aslan əl-Laz deyib.

O, PYD/YPG terror təşkilatının lideri İlham Əhmədin sentyabr ayında Moskva və Vaşinqtona səfər etməsindən sonra bölgədə artan terror hücumlarına diqqət çəkib:

“PKK/PYD Hələbin şimal-şərqində, Fəratın şərqində terror aktları həyata keçirir. Terror təşkilatı türk qüvvələri və “Sülh çeşməsi” bölgəsində, Rasulayn, Təl-Abyad, Serablus və Əl-Babda dinc insanları hədəf alır.

Terrorbaşı İlham Əhməd sentyabrda Moskva və Vaşinqtona gedib. Geri döndükdən sonra Suriyanın şimalında və Fəratın şimal-şərqində terror aktları xeyli artıb. Əhmədin hər iki paytaxtda təlimat aldığı və anlaşdığı iddia olunub.

Artan terror aktlarına cavab olaraq, Türkiyə Silahlı Qüvvələrinin əməliyyata nə vaxt başlayacağını özü müəyyən edəcək.

Bölgədə yaşayan insanlar türk ordusunu gül-çiçəklə qarşılayacaqlar. Cinayət törətməyən, günahsız insanları həbs edirlər. Gəncləri zorla təşkilata cəlb edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu