13 Oktyabr 2021 10:22
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çin In ötən həftələrdə beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla qarşılanan ballistik raket sınaqlarından sonra bu dəfə “məğlubedilməz hərbi güc” quracağını elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, hərbi sərgidə çıxış edən Kim Çin In ABŞ-a qarşı sərt ittihamlarla çıxış edərək ölkəsinin düşmənlərinin hərbi güclərinə qarşı imkanlarını artıracağını elan edib.

Şimali Koreya lideri əlavə edib ki, bu addımları Vaşinqton və ya Seula qarşı müharibə məqsədilə etmir.

O, rəsmi Seulu ikiüzlülükdə ittiham edib.


Müəllif: Nemət