13 Oktyabr 2021 13:06
2 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiyə qədər inkişaf etdirilən hərbi avadanlıqlarına güvənən Moskva Türkiyənin dronlarının savaş sahəsində yaratdığı təsirlərə qarşı öz müdafiə sistemlərini hərəkətə keçirir.

Teleqraf.com xəbər verir ki,Rusiya istehsalı olan hava müdafiə sistemləri Suriya, Liviya və son olaraq Qarabağ müharibəsində Türkiyə Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı böyük məğlubiyyət yaşayıb.

Xüsusilə, Ermənistanın əlindəki rus istehsalı olan Pantsirlərin "Bayraqdar TB2" dronları qarşısında darmadağın olmasından sonra rus ordusu dron testlərini sürətləndirib. Son aylarda bir çox testlərin görüntüsünü “Zvezda” hərbi kanalı yayımlayıb.

Rus donanması ilk dəfə bir gəmidən nəzarət edilən dron “Calibres”i havaya qaldırıb. Test Xəzər donanması tərəfindən həyata keçirilib.

Hərbçilər sahil hədəflərinin uzaqdan məhv edilməsinin qeyri-standart bir üsulunu test ediblər. Orlan-10 və Eleron-3 pilotsuz uçuş aparatları Dağıstan raket gəmisi flaqmanından buraxılıb. Rus mediasına görə, bunu həyata keçirmək asan olmayb, buraxılış meydançasının məhdud ölçüsü, güclü külək və dronların suya düşməsi riski işi daha da çətinləşdirib. Lakin əsgərlərin missiyanı uğurla başa vurduqları bildirib.

“Orlan” pilotsuz uçuş aparatı axtarış və təmir işləri də daxil olmaqla, çatmaq çətin olan ərazilərdə genişləndirilmiş və ərazi obyektlərini izləmək üçün yaradılıb. “Orlan” hazırda Rusiya Silahlı Qüvvələrinin əsas dronlarından hesab olunur.


Müəllif: Nemət