13 Oktyabr 2021 12:21
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Çinə qarşı kiber rəqabətdə uduzub. ABŞ-ın bəzi qurumlarının kiber və süni zəka qabiliyyətinin Çinlə müqayisədə “orta məktəb” səviyyəsindədir.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqondan istefa verən ən yüksək səviyyəli kiber təhlükəsizlik mütəxəssisi Nikolas Kaillan deyib.

2018-ci ildə Hərbi Hava Qüvvələrinin Baş Proqram Direktoru kimi çalışmış Kaillan “Financial Times” qəzetinə verdiyi açıqlamada ABŞ-ın kibertəhlükəsizlik qabiliyyətini sərt tənqid edərək deyib ki, Çin bu sahədə ölkəsindən qabaqdadır: “15 il ərzində Çinlə toqquşma şansımız olmayacaq. Hazırda iş onsuz da bitib. Mənə görə, kiber rəqabət çoxdan başa çatıb”.

"Google" şirkətinin ABŞ hökuməti ilə əməkdaşlığı rədd etməsi səbəbindən ABŞ milli təhlükəsizliyinin zədə aldığını bildirən mütəxəssis ABŞ-ın bəzi strukturlarının süni zəka və kiber qabiliyyəti baxımından Çinlə müqayisə edildikdə “orta məktəb” səviyyəsində qaldığını deyib.

Məlumat üçün bildirək ki, mütəxəssis sentyabrın 2-də Pentaqonda tutduğu vəzifədən istefa edib. Eyni zamanda özünün sosial şəbəkə hesabından bəyan edib ki, Pentaqon kiber təhlükəsizlik və süni zəka texnologiyasına maliyyə xərcləmə mövzusunda istəksiz davranış nümayiş etdirir.


Müəllif: Nemət