13 Oktyabr 2021 11:21
5 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Hindistan xarici işlər nazirləri arasında bağlı qapılar arxasında təkbətək görüş keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bunun ardınca nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçiriləcək.

Hindistan Xarici işlər naziri Subrahmanyam Cayşankar Ermənistana dünən gəlib. O, Ermənistana səfər edən ilk Hindistan xarici işlər naziridir.


Müəllif: Mənsur Rəğbətoğlu